Bank Of Baku

Şabranda yol qəzasında bir nəfər ölüb, 4 nəfər xəsarət alıb - FOTO

Şabranda yol qəzasında bir nəfər ölüb, 4 nəfər xəsarət alıb - FOTO
# 10 iyun 2024 12:44 (UTC +04:00)

Bakı-Quba yolunda, Şabran rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Şimal bürosu xəbər verir ki, “Toyota” markalı minik avtomobili hərəkətdə olarkən “Shagman” markalı yük avtomobilinə çırpılıb. Nəticədə 35 yaşlı paytaxt sakini Pərvanə Quliyeva hadisə yerində ölüb. Minik avtomobilində olan daha 4 nəfər - 9 yaşlı Fidan Məmmədova, 16 yaşlı Nərmin Quliyeva, 11 yaşlı Ahu Quliyeva və 29 yaşlı Nigar Məmmədova ağir bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdirilib.

Şabran rayon Mərkəzi Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza zamanı xəsarət alan 4 nəfərə ilkin tibbi yardım göstərilib. Onların paytaxtdakı ixtisasli tibb müəssisələrinə göndərilməsi üçün hazırlıq görülür.

Fakt araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR