Bank Of Baku

Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın məhdudlaşdırılıb - VİDEO - YENİLƏNİB

Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın məhdudlaşdırılıb  - VİDEO  - YENİLƏNİB
# 09 iyun 2024 17:41 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.

APA-nın FHN-ə istinadən verdiyi xəbərə görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.

Əlavə məlumat veriləcək.

***

saat 16.54

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

APA-nın xəbərinə görə, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.

© APA | Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın

© APA | Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın-2

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR