Bugün saat 21 radələrində Şəki şəhəri H.Əliyev prospektində “KİA” markalı avtomobil yolu keçən piyada, 1958-ci il təvəllüdlü Ramazan Qafarlını vurub.
APA-nın xəbərinə görə, xəsarət alan R.Qafarlı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Şəki Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.