Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, “Nissan” markalı minik avtomobili hərəkətdə olan zaman idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində 1994-cü il təvəllüdlü Ü. Zeynalova, 2011-ci il təvəllüdlü R. Zeynalov, 1994-cü il təvəllüdlü T. Zeynalov, 1991-ci il təvəllüdlü R. Zeynalov və 2005-ci il təvəllüdlü R. Nağıyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, qəzaya uğrayanlar bir ailənin üzvləridir və onlar toydan qayıdarkən qəzaya uğrayıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.