Bank Of Baku

Şirvanda avtomobil əvvəl maşına, sonra parkın hasarına çırpılıb - FOTO

Şirvanda avtomobil əvvəl maşına, sonra parkın hasarına çırpılıb - FOTO
# 03 mart 2023 18:40 (UTC +04:00)

Şirvanda yol qəzası olub.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Şirvan şəhərinin Nərimanov küçəsində qeydə alınıb.

“Mercedes” markalı avtomobil “Mitsubishi” markalı avtomobillə toqquşub, daha sonra parkın hasarına çırpılıb. Hadisə nəticəsində şəhər təsərrüfatına ziyan dəyib.

“Mercedes”in sürücüsü hadisə yerindən qaçıb. Onun maşını sərxoş halda idarə etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR