Bank Of Baku

Tovuzda minik avtomobili yük maşınına çırpılıb, sürücü və azyaşlı xəsarət alıb - YENİLƏNİB - FOTO

Tovuzda  minik avtomobili yük maşınına çırpılıb, sürücü və azyaşlı xəsarət alıb  - YENİLƏNİB  - FOTO
# 02 avqust 2026 14:51 (UTC +04:00)

Tovuz rayonu, Azaflı kəndində qəza zamanı zərbənin təsirindən “VAZ 2107” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında dayanan Azaflı kənd sakini 2018-ci il təvəllüdlü N.Orucovu vurub.

APA-nın yerli bürosunun xəbərinə görə, Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən N.Orucovun vəziyyəti ağırdır.

***

saat 13.50

Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Azaflı kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı minik avtomobili yük maşınına arxadan çırpılıb. Qəza zamanı minik avtomobilinin sürücüsü 1991-ci il təvəllüdü S.Məmmədov xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR