Bank Of Baku

Ucarda avtomobil su arxına aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB

Ucarda avtomobil su arxına aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
# 04 mart 2023 18:24 (UTC +04:00)

Ucarda baş verən avtomobil qəzasında xəsarət alanların adları məlum olub.

APA -nin yerli bürosunun xəbərinə görə, "Mercedes"də olan 4 nəfər Kəlbəcər rayon sakinləri 1964-cü il təvəllüdlü Zerif Tanrıverdi oğlu Kazımov, 1959-
cu il təvəllüdlü Talıb Nəriman oğlu Ağalarov, 1965-ci il təvəllüdlü Lətafət Pənah qızı Səfərova və 1967-ci il təvəllüdlü Zöhrə Fərman qızı Ağalarovadır. "Hyundai"da olan, adları açıqlanmayan 25-30 yaşlarında 3 xanım isə müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

***

17.13

Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA -nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas avtomobil yolunun rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb."Mercedes" və "Hyundai" markalı minik maşınlarının toqquşması nəticəsində, "Hyundai" yoldan çıxaraq su arxına aşıb. Nəticədə 7 nəfər müxtəlif xəsarətlər alıb. Yaralılar Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR