12 saylı Vəkil Bürosunun vəkili Əhməd Məhərrəmlinin vəkillik fəaliyyətinin dayandırılması ilə bağlı məhkəməyə müraciət olunub.
APA xəbər verir ki, bu barədə VK-dan bildirilib.
Məlumata görə, kollegiyaya vəkil Məhərrəmli Əhməd Nizami oğlu ilə bağlı vətəndaş şikayəti daxil olub, intizam icraatı başlanılıb. Araşdırma aparılıb və pozuntu müəyyən olunub.
Buna əsasən VK Rəyasət Heyətinin iclasında onun vəkillik fəaliyyəti dayandırılmaqla kollegiya üzvlüyündən xaric edilməsi ilə bağlı məhkəməyə müraciət olunması qərara alınıb.