Xaçmazda yolda meyiti aşkarlanan şəxsin öldürüldüyü müəyyən edilib.
DİN-in mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Xaçmaz-Xudat avtomobil yolunun Köhnə Xaçmaz kəndi ərazisində üzərində xəsarət olan 50-55 yaşlı naməlum kişi meyiti tapılıb. Aparılan araşdırmalar zamanı meyiti tapılan şəxsin 56 yaşlı rayon sakini Qərib Rzayev olduğu müəyyən edilib.
Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsinsə hadisəni törətməkdə şübhəli bilinən rayon sakini, 27 yaşlı Yalçın Hüseynov saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
***
09.58
Xaçmazda naməlum kişi meyiti tapılıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qudyalçayın kənarında üzərində bıçaq xəsarətləri olan kişi meyiti tapılıb. Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.