Bank Of Baku

Xaçmazda saxlanılan 2 nəfərdə 6 kq narkotik aşkarlanıb

Xaçmazda saxlanılan 2 nəfərdə 6 kq narkotik aşkarlanıb
# 31 mart 2026 10:33 (UTC +04:00)

Xaçmazda saxlanılan iki nəfərdən 6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.

APA-nın xəbərinə görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş – 30 yaşlı Kənan Musayev və 49 yaşlı Arzu Əliyev saxlanılıblar. Onlardan 5 kiloqram marixuana, 1 kiloqram heroin və 309 qram tiryək aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Hər iki şəxs barəsində məhkəmənin qərarı həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR