Bank Of Baku

Xalasının 28 min manatını oğurlayan şəxs saxlanılıb

Xalasının 28 min manatını oğurlayan şəxs saxlanılıb
# 07 mart 2026 11:48 (UTC +04:00)

Xətai rayonu ərazisində bir qadın polisə müraciət edərək yaşadığı evdən 28 min manat pulun oğurlandığını bildirib.

APA DİN-ə itsinadən xəbər verir ki, Xətai RPİ 36-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, zərərçəkənin bacısı qızı N.Nəzərova müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin həmin maddi vəsaiti xalasının mənzilində yaşadığı müddətdə hissə-hissə taladığı məlum olub.

Araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR