APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, nazir müavini zəlzələnin episentrinin yaxınlığında yerləşən ərazilərə baş çəkib.
Nazir müavini və Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə digər rəsmi qurumların nümayəndələri ilə birgə rayonun Göyəm, Dombabinə, Faldarlı, Sabunçu və digər kəndlərində olublar.
Qeyd edək ki, dünən axşam Zaqatala rayonunda zəlzələ baş verib. Zəlzələ episentrə yaxın ərazilərdə 6 bal gücündə hiss olunub.
Zəlzələ nəticəsində dağıntı və itki qeydə alınmayıb.