Bakı. Fuad Cəfərov – APA. Ötən gün dənizdə batan şəxsin cəsədi sudan çıxarılıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, ötən gün Xəzər rayonunda dənizdə batmış (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 35 km aralı, nəzarətsiz ərazidə) 1986-cı il təvəllüdlü, Xanəliyev Mehman Şakir oğlunun cəsədi xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.