Bakı-APA. Ötən gün axşam saatlarında batma təhlükəsi ilə üzləşmiş 5 şəxs xilas olunub. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı Xəzər rayonunda dənizdə (“Buzovna” sularda xilasetmə məntəqəsindən, təxminən, 1600 metr məsafədə, nəzarət olunmayan ərazidə) batma təhlükəsi ilə üzləşmiş 4 nəfər nazirliyin “Buzovna” sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.
Paytaxtın Suraxanı rayonunda isə dənizdə batma təhlükəsi ilə üzləşmiş 1 nəfər “Hövsan” sularda xilasetmə məntəqəsinin xilasedicisi tərəfindən xilas olunub.