Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayon ərazisində yerləşən “LUKoil” yanacaqdoldurma məntəqəsi ilə üzbəüz, meşə massivində qeydə alınıb.
Qeyd olunan ərazidə ürək nahiyəsindən bıçaq xəsarətləri almış naməlum şəxsin meyiti tapılıb. 25-30 yaşlarında olduğu güman edilən şəxsin kimliyi və cinayəti törədənin tapılması istiqamətində iş aparılır.
Polisdən APA-ya meyitin fotoları da təqdim edilib.
Şəkildəki şəxsi tanıyanlardan Daxili İşlər Nazirliyinin “102” xidmətinə və ya Sabunçu rayon Polis İdarəsinə (425 0202) , 13-cü Polis Bölməsinə (012 4280202) məlumat vermələri xahiş olunur.