Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, yanğın nəticəsində bazarın taxta konsktruksiyalar olan ərazisində 1000 kv.m yanıb.
Yanğın saat 14.49-da yanğın söndürənlər tərəfindən söndürülüb.
***
14:46
Bakı. Könül Kamilqızı - APA. Aprelin 6-da səhər saatlarında Bakının Binəqədi rayonu, Dərnəgül ərazisində Poladəritmə Zavodunun arxasındakı taxta bazasında baş verən yanğında 8 nəfər zərər çəkib.
Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-ya verilən xəbərə görə, hadisə ilə bağlı səhər sat 08:30 radələrində müraciət daxil olub və əraziyə 2 təcili yardım briqadası göndərilib. Hadisə nəticəsində 8 nəfər zərər çəkib, onlara tibbi yardım göstərilib. Zərərçəkənlərdən 4-ü Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Onlar natamam yanma məhsullarından və tüstüdən zəhərləniblər.
Yanğın davam edir, 2 təcili yardım briqadası hadisə yerində xidmət göstərir.
***
saat 10:47
Bakı - APA. Bakı şəhəri, Nərimanov rayonunda taxta satışı bazarında yanğın hadisəsi baş verib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-in qüvvə və vasitələri cəlb olunub.
Yanğının söndürülməsi üzrə işlər davam etdirilir.