Xətai Rayon prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Neyrocərrahiyyə Xəstəxanasında qeydə alınıb. Həmin xəstəxanada müalicə alan Şahlar İmran oğlu Zeynalov üçüncü mərtəbədən özünü atıb.
Ş. Zeynalovun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil. Onun bir neçə gün əvvəl başından əməliyyat olunduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.