Gəncə-Göygöl yolunda zəncirvarı qəza baş verib, xəsarət alanlar var
27 oktyabr 2014 11:43 (UTC +04:00)
Gəncə. Azər Məmmədli – APA. Gəncənin Gülüstan qəsəbəsində, Gəncə-Göygöl avtomobil yolunda ağır yol-nəqliyyat qəzası baş verib. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Gəncə şəhər sakini, 42 yaşlı Nicat Bayramov “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən maşını, “KİA” markalı avtomobilə, sonra “VAZ 2107” markalı avtomobillə daha sonra isə “VAZ 2106” və “VAZ 21011” markalı maşınlara vuruvb. Qəza nəticəsində "VAZ 2107"-nin sürücüsü 34 yaşlı Şamo Hümbətov və onun həyat yoldaşı 22 yaşlı Xumar Hümbətova ağır bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir.
Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
Hadisə
Bakıda yolu keçən kişini avtomobil vuraraq öldürüb
01:13
30 may 2024
Abşeronda yaşayış binasındakı yanğın söndürülüb- VİDEO - YENİLƏNİB
20:40
29 may 2024
Talassemiyalı uşaqlar üçün toplanmış vəsaiti ələ keçirməkdə təqsirləndirilən qadın məhkəmədə həbs olunub
18:18
29 may 2024
Azərbaycan Ordusunun mayorunun qətli ilə bağlı məhkəmə başlayır
17:48
29 may 2024