Gəncə. Azər Məmmədli-APA. Gəncədə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün səhər şəhərin Məhsəti qəsəbəsi ərazisində baş verib.
“VAZ” markalı avtomobillə “İsuzu” markalı avtobusun toqquşması nəticəsində “VAZ”-ın sürücüsü 1986-cı il təvəllüdlü Elşad Məmmədov hadisə yerində ölüb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin xilasediciləri sürücünün cəsədini maşından çıxarıblar.