Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlıların yaşadığı qəsəbədə keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.
APA-nın yerli bürosunun Gürcüstanın Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, sentyabrın 19-da axşam Tbilisidə azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində keçirilmiş xüsusi əməliyyat nəticəsində bir nəfər saxlanılıb. 1974-cü il təvəllüdlü N.N. adlı şəxsin evində aparılmış axtarış nəticəsində 43 bağlama narkotik vasitə tapılaraq müsadirə olunub.
İstintaq müəyyənləşdirib ki, saxlanılan şəxs mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olub. Faktla bağlı cinayət işi açılıb.
Qeyd edək ki, ötən ay qəsəbədə keçirlmiş xüsusi əməliyyatlar nəticəsində narkotik cinayətkarlığına görə 6 nəfər saxlanılıb.
Gürcüstan DİN azərbaycanlıların kompakt yaşadığı qəsəbədə xüsusi əməliyyat keçirib
20 sentyabr 2017 08:32 (UTC +04:00)
Hadisə
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var - YENİLƏNİB - FOTO
23:39
17 may 2024
Bakının İstiqlaliyyət küçəsində kafedə tüstülənmə olub
21:26
17 may 2024
FHN: Kürdəmir və Saatlıda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib - VİDEO
19:55
17 may 2024
“Tərtər işi” ilə bağlı həbs edilən general Bəkir Orucovun cəzası 9 ildən 6 ilə endirilib
17:50
17 may 2024