APA-nın xəbərinə görə, hökmə əsasən, Polad Salmanov 13 il, onun anası Telbəyim Salmanova 11 il, Novruz Məmmədov 13 il, Elnur Nəsibov 7 il , Samir Kalov 7 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunublar. Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələr əldə etmə, saxlama, satma, daşıma) və 206-cı (qaçaqmalçılıq) maddəsinə əsasən ittiham olunublar.