Xaçmaz. Vəli Turan- APA. Xaçmaz rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları həftə sonu Nabran istirahət zonasında növbəti reyd keçiriblər.
Xaçmaz DYPB-nın rəisi Əliağa Əsgərbəylinin APA-nın şimal bürosuna verdiyi məlumata görə, reyd zamanı yol hərəkəti qaydalarını pozan 80-nə yaxın sürücü barədə protokol tərtib edilərək, tədbirlər görülüb. Həmin sürücülərin 7-i avtomobili sərxoş vəziyyətdə, 4 nəfər sürücülük hüququ olmadan idarə edən, qalanları isə digər yol hərəkəti qaydalarına əməl etməyənlər olub.
Ə. Əsgərbəyli bildirib ki, bu reydlər istirahət mövsümü ərzində mütəmadi olaraq davam edəcək.