Bakı-APA. Bu gün Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 08:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.