Bakı. Şəhriyar Əlizadə - APA. Saatlı rayonunda avtomobil yanıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Mustafabəyli kəndində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yaxınlıqdakı elektrik dirəyi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.