Saatlıda bədbəxt hadisə baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Saatlı rayonunun Xanlarkənd kəndində rayon sakini Rasim Həsənov transformatorda təmir işləri görərkən elektrik cərəyanı vurması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.