Bakı. Şəhriyar Əlizadə - APA. Sumqayıt sakinindən narkotik vasitə götürülüb.
APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Sumqayıt şəhər 3-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Azər Cəlilovdan 6,58 qram, evinə baxış zamanı isə əlavə olaraq 1 kiloqram 10 qram marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.