Bank Of Baku

Xızıda ev yanıb, xəsarət alan var

Xızıda ev yanıb, xəsarət alan var
# 16 sentyabr 2023 19:20 (UTC +04:00)

Xızıda yanğın olub.

FHN-dən APA-ya verilən xəbərə görə, Xızı rayonunun Giləzi qəsəbəsində bir dam altında tikilən iki ailənin yaşadığı birmərtəbəli evlərdən ümumi sahəsi 70 m² olan 2 otaq və eyvandan ibarət evin yanar konstruksiyaları, bitişik ümumi sahəsi 62 m² olan 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR