Xudatda yaşayış binasında yanğınla nəticələnən partlayış baş verib

Xudatda yaşayış binasında yanğınla nəticələnən partlayış baş verib
# 27 may 2024 16:28 (UTC +04:00)

Xaçmaz rayonunun Xudat şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxində yanğınla nəticələnən partlayış baş verib.

APA FHN-ə istinadən xəbər verir ki, nəticədə mətbəxin içərisində olan əşyalar qismən yanıb. Partlayış zərbə dalğasının təsirindən mətbəxin pəncərə şüşələri sınıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR