Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Yevlax şəhəri, Salatın Ə. küçəsi ərazisindən çağırış qeydə alınıb.
Bu barədə APA-nın sorğusuna cavab olar TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 1 nəfərin (qadın) həkiməqədər ölüm faktı qeydə alınıb.
***
11:27
Yevlaxda 16 yaşlı qız zəhərlənərək ölüb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Yevlax şəhər sakini, 2010-cu il təvəllüdlü M.Ə. qida zəhərlənməsi şübhəsi ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Ölümün səbəbi təyin olunacaq məhkəmə-tibbi ekspertizasının rəyindən sonra məlum olacaq.