Bank Of Baku

Zaqatalada 8 otaqlı yaşayış evi yanıb

Zaqatalada 8 otaqlı yaşayış evi yanıb
# 22 dekabr 2024 08:03 (UTC +04:00)

Zaqatalada 8 otaqlı fərdi yaşayış evi yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, gecə saat 04 radələrində rayonun Uzuntala kəndində, kənd sakini Kamal Mohuma oğlu Qarayeva məxsus, ümumi sahəsi 240 kv/m olan kürsülü birmərtəbəli 8 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Zaqatala və Balakən rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib.

Yanğın nəticəsində evin dam örtüyünün yanar konstruksiyaları və iki otağın yanar kontruksiyları ev əşyaları ilə birlikdə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR