Zaqatalada ev yanıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə günorta saatlarında rayonun Aşağı Çardaqlar kəndində qeydə alınıb. Kənd sakini Eldəniz Abakar oğlu Qocayevə məxsus 3 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün hadisə yerinə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb edilib.
Yanğın söndürülüb, ətrafdakı tikililər yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparılır.