Paşha Bank
Bank Of Baku

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA

Dağlıq ərazilərdə qar yağır - FAKTİKİ HAVA
# 07 noyabr 2026 11:54 (UTC +04:00)

Noyabrın 7-si saat 11:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən məlumata görə, yüksək dağlıq ərazilərdə qar yağır.

Bildirilib ki, qar örtüyünün hündürlüyü Qrız və Şahdağda 5 sm-dir.
Düşən yağıntının miqdarı Şahbuzda 9, Biləsuvar, Xızıda 7, Şamaxı, Gədəbəydə 6, Tovuzda 4, Ordubad, Sarıbaş (Qax), Kişçay (Şəki), Qobustan, Quba, Naxçıvan, Kürdəmir, Neftçala, Lerik, Ağstafa, İsmayıllıda 2, Şərur, Sədərək, Daşkəsən, Culfa, Şəmkir, Gəncə, Balakən, Ağsu, Xaçmaz, Qusar, Oğuz, Zaqatala, Şabran, Bərdə, Göyçay, Beyləqan, İmişli, Sabirabad, Lənkəran, Astara, Ağdam, Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Kəlbəcər, Laçın, Qubadlıda da arabir yağış yağır.

Noyabrın 6-da Şahdağda şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti 20 m/s-dək güclənib.

Ordubad, Daşkəsən, Naftalan, Göygöl, Şəmkir, Sarıbaş (Qax), Şəki, Şamaxı, Qusar, Xaltan, Göyçay, Lerik, Şuşada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR