Bank Of Baku

ANAMA: Beynəlxalq ekspertlər azad olunmuş ərazilərdə 1,5 milyon mina və sursat olduğunu qeyd edirlər

ANAMA: Beynəlxalq ekspertlər azad olunmuş ərazilərdə 1,5 milyon mina və sursat olduğunu qeyd edirlər
# 09 dekabr 2024 17:10 (UTC +04:00)

Beynəlxalq ekspertlər işğaldan azad olunmuş ərazilərdə 1,5 milyon mina və sursat olduğunu qeyd edirlər.

APA xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov deyib.

O bildirib ki, baş vermiş hadisələrin 70 faizdən çoxu təmas xəttindən içəridə qeydə alınıb: “Heç bir minaaxtaran təmizlənməmiş ərazinin təhlükəsiz olduğunu vurğulaya bilməz. Hətta delimitasiya və demarkasiya aparılmış ərazilərdə bir çoban minaya düşüb".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR