Bank Of Baku

Azad edilmiş ərazilərdə ötən ay daha 640 mina, 5286 PHS aşkarlanıb

Azad edilmiş ərazilərdə ötən ay daha 640 mina, 5286 PHS aşkarlanıb
# 01 oktyabr 2025 14:24 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən sentyabr ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) APA-ya verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 522 piyada əleyhinə mina, 118 tank əleyhinə mina, 5286 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 5 622,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR