Bank Of Baku

Azad edilmiş ərazilərdə ötən ay daha 772 mina aşkarlanıb

Azad edilmiş ərazilərdə ötən ay daha 772 mina aşkarlanıb
# 02 sentyabr 2024 13:59 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən avqust ayında icra olunan əməliyyatlar barədə məlumat açıqlanıb.

ANAMA-dan APA-ya verilən məlumata görə, ötən ay Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 551 piyada əleyhinə mina, 221 tank əleyhinə mina, 27 872 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 7135,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR