Azad edilmiş ərazilərə növbəti media-tur təşkil olunub

Azad edilmiş ərazilərə növbəti media-tur təşkil olunub
# 08 mart 2023 14:05 (UTC +04:00)

Müdafiə Nazirliyinin təşkilatçılığı ilə azad edilən ərazilərdə xidmət edən hərbi qulluqçuların döyüş hazırlığı və döyüş növbətçiliyi, eləcə də onların sosial-məişət şəraiti ilə tanış olmaq məqsədilə media nümayəndələri üçün növbəti media-tur təşkil edilib.

Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, media nümayəndələri bu ərazilərdə dislokasiya olunan bölmələrdə və döyüş mövqelərində yaradılan şəraitlə tanış olub, hərbi qulluqçuların fəaliyyətini izləyib, çəkilişlər aparıb və hərbçilərdən müsahibələr götürüblər.
Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, azad olunan ərazilərdə xidmət eməkdən qürur duyduqlarını bildiriblər.
Media-tur çərçivəsində azad olunmuş ərazilərdə xidmət edən bir qrup qadın hərbi qulluqçuya və mülki işçiyə, o cümlədən tədbirdə iştirak edən qadın jurnalistə gül dəstələri və hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR