Bank Of Baku

Azərbaycan Ordusunda “Smerç”lərdən döyüş atışları icra edilib - VİDEO

Azərbaycan Ordusunda “Smerç”lərdən döyüş atışları icra edilib  - VİDEO
# 23 avqust 2024 10:04 (UTC +04:00)

Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının “Smerç” yaylım atəşli reaktiv sistemli bölmələri ilə döyüş hazırlığı məşğələləri keçirilir.

APA xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Həyəcan siqnalı ilə qaldırılan bölmələr atəş mövqelərinin dəyişilməsi və döyüş zamanı şərti düşmən hədəflərinin koordinatlarının müəyyənləşdirilərək məhv edilməsi üzrə təlim tapşırıqlarını yerinə yetiriblər.

Bölmələrin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsi məqsədilə keçirilən məşğələlərdə hərbi qulluqçular yüksək peşəkarlıq nümayiş etdiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR