Bank Of Baku

Azərbaycan Ordusunun vəfat edən hərbi qulluqçusu dəfn edilib - FOTO - YENİLƏNİB

Azərbaycan Ordusunun vəfat edən hərbi qulluqçusu dəfn edilib - FOTO  - YENİLƏNİB
# 20 noyabr 2024 23:21 (UTC +04:00)

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.

APA-nın Naxçıvan bürosu xəbər verir ki, mərhum Bəhri Tağıyev Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Xok kəndi qəbirstanlığında dəfn edilib.

***
21:33

Azərbaycan Ordusunun hərbi qulluqçusu Tağıyev Bəhri Fərman oğlu səhhətinin qəfil pisləşməsi ilə əlaqədar tibb müəssisəsinə təxliyə edilərkən yolda vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.

Faktla bağlı araşdırma aparılır.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət etsin!

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR