Bank Of Baku

Azərbaycanda uzaqdan idarə olunan minatəmizləmə maşınlarının istehsalı artıb - FOTO

Azərbaycanda uzaqdan idarə olunan minatəmizləmə maşınlarının istehsalı artıb - FOTO
# 24 sentyabr 2024 16:33 (UTC +04:00)

Azərbaycanda “Revival P” və “Revival T” uzaqdan idarə olunan minatəmizləmə maşınlarının istehsalı artıb.

APA xəbər verir ki, minatəmizləmə maşınları Bakıda keçirilən “ADEX-2024” Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində nümayiş etdirilir.

“Revival P” piyada əleyhinə minaların təmizlənməsi üçün nəzərdə tutulsa da, tank əleyhinə minaların təmizlənməsi gücünə qadirdi.

Qeyd edilib ki, ay ərzində ölkədə 10-dan çox minatəmizləyən maşın istehsal olunur.

Sözügedən texnika hazırda Qarabağ və Ukraynada minatəmizləmə prosesində istifadə olunur. Yaxın zamanda ərəb ölkələri və Pakistana ixrac olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR