Bank Of Baku

Bəxtiyar Ersayın yerinə təyinat olub - EKSKLÜZİV

Bəxtiyar Ersayın yerinə təyinat olub - EKSKLÜZİV
# 29 avqust 2025 18:54 (UTC +04:00)

General Bəxtiyar Ersayın yerinə təyinat olub.

APA-nın əldə etdiyi xəbərə görə, general-leytenant Soner Oruçoğlu Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının komandanı təyin edilib.

Qeyd edək ki, bundan əvvəl bu vəzifəni ordu generalı Bəxtiyar Ersay tutub.

Bəxtiyar Ersay, həmçinin, Azərbaycan müdafiə nazirinin müşaviri olub.

O, bir müddət əvvəl Türkiyə Quru Qoşunlarının Birinci Ordu Komandanı təyin olunub.

General Bəxtiyar Ersay yeni təyinatı ilə əlaqədar Azərbaycan müdafiə nazirinin müşaviri və Türkiyənin Azərbaycandakı Xidmət Qrupu Komandanlığının komandanı vəzifələrindən azad edilib.

Soner Oruçoğlu Türkiyə Respublikasının Azərbaycan Respublikasında hərbi attaşesi vəzifəsində çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR