Cəbrayılda sursat partlayışı nəticəsində həlak olan hərbçi Lənkəranda dəfn olunub.
APA-nın cənub bürosu xəbər verir ki, şəhid hərbçi Lənkəran rayonunun Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılıb.
***
10.08
Cəbrayılda hərbçi partlayış nəticəsində həlak olub.
APA xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Dövlət Sərhəd Xidmətinin kiçik giziri Musazadə Əsgər Nicat oğlunun Cəbrayıl rayonunda sursat partlayışı nəticəsində həlak olduğu bildirilir.
Nicat Musazadə ilə Lənkəran rayonunun Göyşaban kəndində vida mərasimi keçirilir.