Bank Of Baku

Dövlət Xidməti: Alternativ hərbi xidmətlə bağlı təklifi dəstəkləyirik

Dövlət Xidməti: Alternativ hərbi xidmətlə bağlı təklifi dəstəkləyirik
# 13 dekabr 2024 15:38 (UTC +04:00)

Ödənişli hərbi xidmətlə bağlı təklif müzakirə olunsa da, aidiyyəti qurumlar dəstəkləməyib.

APA xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini Azər Məmmədov deyib.

O bildirib ki, məsələyə bir daha baxılsa, buna etiraz etmirlər: “Eyni zamanda alternativ xidmət Konstitusiyada əksini tapsa da, qanunvericilikdə nəzərdə tutulmayıb. Biz bu təklifi dəstəkləyirik.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev qeyd edib ki, alternativ xidmətin əsasnaməsi də təsdiq edilib, lakin bunun tətbiq olunma qaydaları yoxdur: “Bizə olan müraciətlərin əksəriyyəti Yehova şahidləridir. Alternativ xidmət ödənişli kimi başa düşülür. Amma bu, tamam başqa bir şeydir. Yəni əqidəsi xidmət keçməyə ziddirsə, bu, alternativ xidmətə cəlb olunur".

Komitə sədri Arzu Nağıyev də deyib ki, o, əvvəllər Yehova şahidləri ilə işləyib: "Onlar cəmi 16-17 nəfərdirlər. Hətta onlar uşaqların barmağını qırırdılar ki, inkişaf etməsin".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR