Son dövrlər Azərbaycan Respublikası tərəfindən beynəlxalq müqavilədə nəzərdə tutulan hallar nəzərə alınmaqla, ikili vətəndaşlıq tanınmır.
APA xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Həqiqi hərbi xidmətə çağırış baş idarəsinin rəisi Azər Babayev deyib.
“Ancaq təəssüflər olsun ki, bir neçə vətəndaş müraciət edir ki, digər xarici ölkələrin vətəndaşıdır və orda xidmət keçiblər və biz də bunların vətəndaşlıq məsuliyyətinin müəyyənləşdirilməsi üçün aidiyyəti prosedur qaydalarına riayət etməklə, bunları müəyyənləşdiririk. Qərar verilir ki, bunların vətəndaşlıq məsuliyyəti tanınsın. Bu qərardan sonra biz onları hərbi xidmətə cəlb edəndə böyük narazılığa səbəb olur. Deyirlər ki, xidmət keçmişəm, çağırışdan azad edilmişəm, iki uşağım var və s. Bu ondan doğan məsələdir. Biz burda bir anlayış da vermişik ki, doğulduğu anda hər iki valideynin Azərbaycan vətəndaşı olması istisna olmaqla. Burda hüquqi ilə yanaşı və siyasi yanaşma da var. Yəni hər iki valideyn Azərbaycan vətəndaşıdırsa, xidmət etməlidir. Lakin müraciət edirlər, Azərbaycan Respublikası vətəndaşları tanınandan sonra onların valideynlərinin bir çoxunun digər ölkə vətəndaşlığı olur. Kimsə müraciət edəndə ki, anası rus, atası azərbaycanlıdırsa, onda günah olmur. İlkin olaraq onun siyasi bağlılığı həmin dövlətlədir. O doğulduğu ölkədə müddətli həqiqi xidməti keçməyə borcludur. Biz onu növbəti hərbi xidmət keçməyə çağırırıq. Vətəndaş kimi onun iki dəfə hərbi xidmət keçməsi onun öz iradəsindən asılı olmur. Biz ona görə onlara azadetmə tətbiq etdik,” - deyə Azər Babayev bildirib.