Dünən şəhid olan hərbçi Eşqin Hüseynov Tovuzda dəfn edilib - FOTO - YENİLƏNİB

Dünən şəhid olan hərbçi Eşqin Hüseynov Tovuzda dəfn edilib - FOTO  - YENİLƏNİB
# 06 mart 2023 15:02 (UTC +04:00)

Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu Tovuz rayonunda dəfn olunub.

APA-nın yerli bürosunun məlumatına görə, şəhid hərbi qulluqçu, 2003-cü il təvəllüdlü Eşqin Hüseynov Hunanlar kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində hərbi orkestrin ifasında Dövlət Himni səslənib, yaylım atəşi açılıb.

***

14.19

Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseynov Eşqin Cəmil oğlu ilə Tovuz rayonunda vida mərasimi keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, şəhid hərbi qulluqçu, 2003-cü il təvəllüdlü Eşqin Hüseynovun nəşi doğulduğu Hunanlar kəndinə gətirilib. Şəhidlə yaşadığı evdə vida mərasimi keçirilir.

Vida mərasimində şəhidin yaxınları, hərbçilər, rayon İcra Hakimiyyətinin rəhbərliyi iştirak edir.

Mərasimdən sonra şəhid Eşqin Hüseynov kənd qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR