Dünən qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu dəfn olunub.
APA xəbər verir ki, şəhid hərbçi Bakıdakı İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak edib.
Mərasimdə hərbi orkestrin ifasında Dövlət Himni səslənib, yaylım atəşi açılıb.
***
12.07
Dünən qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlunun cənazəsi dəfn olunması üçün İkinci Şəhidlər xiyabana gətirilib.
APA xəbər verir ki, dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak edir.
***
10.41
Qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Şəhriyar Əlibəyli ilə vida mərasimi keçirilir.
APA xəbər verir ki, vida mərasimi Yasamal rayonunda, hərbçinin yaşadığı evdə keçirilir.
Vida mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak edir.
Mərasimdən sonra 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu ilə ikinci Şəhidlər xiyabanda dəfn olunacaq.
Qeyd edək ki, Əlibəyli Şəhriyar Ramiz oğlu 1994-cü ildə Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub.
Martın 5-də səhər saatlarında qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları Əlibəyli Şəhriyar Ramiz oğlu və Hüseynov Eşqin Cəmil oğlu şəhid olublar.