Bank Of Baku

Əli Əsədov: Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi də prioritet xərclər sırasında birinci olub

Əli Əsədov: Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi də prioritet xərclər sırasında birinci olub
# 14 mart 2025 11:28 (UTC +04:00)

Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi, dövlət sərhədlərinin mühafizəsi, ordunun maddi-texniki təchizatının müasirləşdirilməsi, hərbçilərin sosial təminatının və xidmət şəraitinin yaxşılaşdırılması istiqamətində kompleks tədbir və layihələrin icrası 2024-cü ildə də prioritet xərclər sırasında birinci olub.

APA-nın xəbərinə görə, bunu Milli Məclisdə Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatının təqdimatı zamanı Baş nazir Əli Əsədov bildirib.

Bu məqsədə 2024-cü ilin dövlət büdcəsindən müdafiə və milli təhlükəsizlik xərclərinə 6 milyard 562 milyon manat vəsait ayrılıb. Bu, 2023-cü illə müqayisədə 707 mln. manat və ya 12% çoxdur, - deyə Baş nazir qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR