Bank Of Baku

Gəncədə hərbi yürüş keçirilir - FOTO

Gəncədə hərbi yürüş keçirilir - FOTO
# 26 iyun 2025 10:13 (UTC +04:00)

İyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Gəncədə hərbi orkestrlərin müşayiəti ilə yürüş keçirilir.

APA-nın yerli bürosunun məlumatına görə, yürüş şəhərin Nizami Gəncəvi prospektindən başlayaraq Atatürk prospektinə qədər davam edəcək.

Yürüş iştirakçıları hərbi orkestrin müşayiəti ilə hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar və şüarlar səsləndirəcəklər.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 107-ci ildönümü ilə əlaqədar Bakı, Laçın və Xankəndidə də hərbi yürüş keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR