Bank Of Baku

Gürcüstan hərbçilərinə Azərbaycan Ordusunda PUA-ların tətbiqi barədə məlumat verilib

Gürcüstan hərbçilərinə Azərbaycan Ordusunda PUA-ların tətbiqi barədə məlumat verilib
# 08 oktyabr 2025 11:01 (UTC +04:00)

Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Gürcüstan Müdafiə Nazirliyinin nümayəndə heyəti “PUA sahəsində təcrübə mübadiləsi” çərçivəsində ölkəmizə səfər edib.

Müdafiə Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə gürcüstanlı qonaqlara Azərbaycan Ordusunda PUA-ların fəaliyyəti, döyüş əməliyyatlarında tətbiqi, döyüş uçuşunun təşkili və PUA-ların inkişaf tendensiyası mövzularında brifinq təqdim olunub.

Sonda qarşılıqlı maraq doğuran suallar cavablandırılıb, təcrübə mübadiləsi məqsədilə bu cür tədbirlərin əhəmiyyəti xüsusi olaraq qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR