Bank Of Baku

Hökumət hazırda əsgərlik müddətinin azaldılmasının nə üçün məqbul sayılmadığını açıqlayıb

Hökumət hazırda əsgərlik müddətinin azaldılmasının nə üçün məqbul sayılmadığını açıqlayıb
# 14 mart 2025 11:01 (UTC +04:00)

Hökumət hazırda əsgərlik müddətinin azaldılmasının nə üçün məqbul sayılmadığını açıqlayıb.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapıb.

Qeyd edilib ki, alternativ xidmət haqqında qeyd olunan təklifin həyata keçirilməsi dövlət büdcəsi xərclərinin qənaətini nəzərdə tutsa da, bu çox ciddi hərbi-siyasi islahatların aparılmasını şərtləndirir.

Nəzərə çatdırılıb ki, müddətli həqiqi hərbi xidmətin orta təhsilli vətəndaşlar üçün 18 aydan 12 ayadək, ali təhsilli vətəndaşlar üçün isə 12 aydan 6 ayadək endirilməsi barədə təklifin nəzərə alınacağı təqdirdə "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanunda müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranacaq ki, bu da regionda real hərbi təhdidlərin olduğu indiki zamanda Azərbaycan Ordusunun əsgər və çavuş heyəti ilə komplektləşdirilməsində çətinliklər yaradacaq. Qeyd olunanlar nəzərə alınaraq sözügedən təklifin qəbul edilməsi məqsədəmüvafiq hesab edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR