Kərim Vəliyev: Şərti sərhədin Ermənistan ərazisində Aİ missiyasının yerləşdirilməsi vəziyyətin gərginləşdirilməsinə səbəb olur

Kərim Vəliyev: Şərti sərhədin Ermənistan ərazisində Aİ missiyasının yerləşdirilməsi vəziyyətin gərginləşdirilməsinə səbəb olur
# 09 oktyabr 2024 10:14 (UTC +04:00)

Şərti sərhədin Ermənistan ərazisində Aİ missiyasının yerləşdirilməsi Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olur.

APA xəbər verir ki, bunu Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçak ilə görüşdə deyib.

Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR